- 26 Aprel 21:32
Bakı 5 Saylı Mediasiya Təşkilatında yanvar ayından bu günədək ailə, əmək, kommersiya və mülki mübahisələr üzrə 293 barışıq sazişi imzalanıb.
Bu barədə e-huquq.az-a açıqlamasında təşkilatın direktoru Taleh İbrahimov məlumat verib. O bildirib ki, barışıq sazişlərindən 262-i ailə, 22-i kommersiya, 7-i əmək, 2 barışıq sazişi isə mülki mübahisə üzrə imzalanıb. T. İbrahimov mediasiya prosesində iştirak etmək istəyən şəxslərə də müraciət edib: "Mediasiya mübahisələrin həllinə nail olmaq üçün əlverişli imkandır. Mübahisələrinizin uğurlu həllini, barışıqla nəticələnməsini istəyirsinizsə, Bakı 5 Saylı Mediasiya Təşkilatının peşəkar Mediatorlarına müraciət edin".
Ünvan: Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 10E, Rusel Plaza, 6-cı mərtəbə, otaq 601 - 603
E-mail adresi: [email protected];
Əlaqə telefonları:
+994124641723:
+994503960017;
+994773960017.
Instagram: bakumediasiya5
Facebook: bakumediasiya5