- 26 Aprel 21:32
Mediasiya Şurasının İdarə Heyətinin sədri, Birləşmiş Millətlər Təşkilatının İqtisadi, Sosial və Mədəni Hüquqları Komitəsinin üzvü Nadir Adilov Komitənin Cenevrə şəhərində keçirilən 72-ci sesiyasında iştirak edir.
E-huquq.az xəbər verir ki, bu barədə sosial şəbəkə statuslarında məlumat verən Nadir Adilov qeyd edib ki, ölkəmizdə aparılan mediasiya islahatları Birləşmiş Millətlər Təşkilatının qurumları, ekspertləri də daxil olmaqla demək olar ki, mediasiya islahatları üzrə təcrübənin öyrənilməsində maraqlı olan bütün beynəlxalq təşkilatların diqqət mərkəzindədir.