Mediasiya Şurasının komitə sədrləri BDU-da tələbələrlə görüşdü - FOTO


  • 14 Oktyabr 2022 12:58

Bakı Dövlət Universitetində (BDU) mediasiya institutu ilə bağlı tələbələrin maarifləndirilməsi istiqamətində görüş keçirilib.

Bu barədə e-huquq.az-a Mediasiya Şurasının Etika Komitəsinin sədri, Bakı 2 saylı Mediasiya Təşkilatnın rəhbəri İlhamə Həsənova məlumat verib.

O bildirib ki, BDU ilə Mediasiya Şurası arasında səmərəli əməkdaşlıq qurulub.

"Məlum olduğu kimi, Bakı Dövlət Universiteti ilə Mediasiya Şurası arasında qarşılıqlı əməkdaşlığa dair Memorandum imzalanıb. Həmin memorandum çərçivəsində universitetdə tələbələrlə görüşlər keçirilir. Bu, artıq bizim ikinci görüşmüz idi. Audit Komitəsinin sədri, Bakı 8 saylı Mediasiya Təşkilatının rəhbəri Mayıl Əhmədin də iştirak etdiyi görüşdə tələbələrə mediasiya institutunun mahiyyəti, mediasiyanın üstünlükləri barədə məlumat verildi. Tələblərin mediasiya institutu ilə bağlı maarifləndirilməsi üçün olduqca faydalı olan bu görüşlər davamlı olacaq".

İ.Həsənova həmçinin bildirib ki, görüş çərçivəsində bir qrup tələbəyə sertifikatlar təqdim olunub: "Bakı Dövlət Universiteti ilə Bakı 2 saylı Mediasiya Təşkilatı arasında qurulan səmərəli əməkdaşlıq çərçivəsind sosial iş ixtisası üzrə təhsil alan 20-dək tələbə bizim təşkilatda könüllü təcrübə keçib. Biz həmin təbələlərə sertifikatlarını təqdim etdik. Onu da qeyd edim ki, bu tələbələrdən bir neçəsi artıq Bakı 2 saylı Mediasiya Təşkilatında işlə təmin olunub".

Oxşar xəbərlər