Bakı 2 saylı Mediasiya Təşkilatında mediasiya təlimçiləri ilə Avropa Şurasının nümayəndələri arasında görüş keçirildi - FOTO


  • 18 Oktyabr 2022 20:15

Bu gün Bakı 2 saylı Mediasiya Təşkilatında mediasiya təlimçiləri ilə Avropa Şurasının nümayəndələri arasında "Azərbaycanda mediasiya təlim ehtiyacları" mövzusunda görüş keçirilib.

E-huquq.az-ın məlumatına görə, görüşdə Azərbaycandakı mediasiya təlimlərinin vəziyyəti, Avropa Şurasının birinci layihəsinin Azərbaycan Mediasiya Şurasına verdiyi səmərə, Avropa Şurasının həyata keçirmək üzrə olduğu yeni layihə və mediasiya təlimçilərinin ehtiyacları və təkmilləşdirmə istiqamətlərində müzakirələr aparılıb.

Görüşdə mediasiya təlimlərinin vəziyyəti və bu təlimlərin səmərəliliyinin artırılması üçün qarşıda duran məsələlərlə bağlı təqdimat nümayiş olundu.

Eyni zamanda Bakı 2 saylı Mediasiya Təşkilatının timsalında Avropa Şurasının ekspertləri Azərbaycandakı mediasiya təşkilatlarının işi ilə tanış olub, statistik məlumatları dinləyiblər.

Görüş Avropa Şurasının Azərbaycan mediasiya institunun inkişafına dəstək layihəsi çərçivəsində aktual məsələlərin müzakirəsi ilə yekunlaşıb.

Oxşar xəbərlər