Mediasiya təşkilatı rəhbərləri və Avropa Şurasın nümayəndələri arasında görüş keçirildi - FOTO


  • 19 Oktyabr 2022 17:36

Mediasiya təşkilatı rəhbərləri və Avropa Şurasın nümayəndələri arasında görüş keçirilib.

E-huquq.az xəbər verir ki, görüş 18 oktyabr 2022-ci ildə Bakı 8 saylı mediasiya təşkilatının Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 115 ünvanında yerləşən ofisində baş tutub. Görüşdə Avropa Şurasının nümayəndəsi Jovanq Matic, əməkdaşı Vəfa Rövşənova, beynəlxalq ekspert-mediatorlar Adi Gavrilla, Leonardo D"Urso, Bakı 8 saylı mediasiya təşkilatının rəhbəri Mayıl Əhməd, Bakı 2 saylı mediasiya təşkilatının rəhbəri İlhamə Həsənova, Bakı 4, 6, 14, 15, 16 saylı mediasiya təşkilatlarının rəhbərləri, habelə Lənkaran, Saatlı və Cəbrayıl mediasiya təşkilatlarının rəhbərləri işirak ediblər.

Görüş zamanı qonağlara mediasiya təşkilatlarda olan iş rejimi, vətəndaş qəbulunun aparılması qaydaları, statasika-uçot işləri, mediasiya prosesləri barədə məlumat verib və müzakirə aparıblar. Eyni zamanda xarici mediator - ekspertlər beynəlxalq mediasiya təcrübəsi barədə təşkilat rəhbərlərinə ətraflı məlumat veriblər. Görüş mediasiya baradə diskusiyalar şəkilində davam edib. Görüşün sonunda qonaqlarla xatirə şəkili çəkilib.

Oxşar xəbərlər