Daha 3 mediasiya təşkilatı Mediasiya Şurasının üzvlüyünə qəbul edildi


  • 26 Oktyabr 2022 16:10

Bakı şəhəri və Tovuz rayonu üzrə dövlət qeydiyyatına alınmış 3 mediasiya təşkilatının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş tələblərə uyğunluqlarının müəyyən edilməsi ilə bağlı yaradılmış Xüsusi Komissiyanın rəyi Mediasiya Şurasının İdarə Heyətinə təqdim edilib.

E-huquq.az xəbər verir ki, rəyə İdarə Heyətinin iclasında baxılıb. İdarə Heyətinin üzvlərinin fikirləri, Xüsusi Komissiyanın rəyi nəzərə alınaraq İdarə Heyətinin 26 oktyabr qərarı ilə Bakı 17 saylı, Bakı 18 saylı və Tovuz 1 saylı mediasiya təşkilatının Şuranın üzvlüyünə qəbul edilməsi və onlar barədə məlumatların mediasiya təşkilatları reyestrinə daxil edilməsi qərarı verilib.

Beləliklə, Mediasiya Şurası İdarə Heyətinin 26 oktyabr 2022-ci tarixli qərarı ilə 27 oktyabr 2022-ci il tarixindən etibarən vətəndaşlar Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə müraciətlərdə Bakı 17 saylı və Bakı 18 saylı mediasiya təşkilatına, Tovuz, Qazax, Ağstafa, Şəmkir və Gədəbəy rayonları üzrə müraciətlərdə isə Tovuz 1 saylı mediasiya təşkilatına müraciət edə bilərlər.

Təşkilatların əlaqə vasitələri aşağıda qeyd olunur:

Bakı 17 saylı mediasiya təşkilatının əlaqə vasitələri:
Təşkilat rəhbəri – İbrahimov Rəşad Zülfüqar oğlu
Ünvan: Heydər Əliyev prospekti 115, BMS plaza, mərtəbə 7, otaq 38
Email: 17saylimediasiya@gmail.com
Tel: +994124094949; +994504004949; +994604004949

Bakı 18 saylı mediasiya təşkilatının əlaqə vasitələri:
Təşkilat rəhbəri – Zülfüqarova Ülkər Seyidağa qızı, Bağırov Sadiq Tofiq oğlu
Ünvan: Məhəmməd Naxçıvani küçəsi 25A, ALGİ Plaza
Email: 18saylimediasiya@gmail.com
Tel: +994503464964

Tovuz 1 saylı mediasiya təşkilatının əlaqə vasitələri:
Təşkilat rəhbəri – Rəhimov Elşad Əhməd oğlu
Ünvan: Tovuz şəhəri, F. Ələkbərov küçəsi 32
Email: tovuzmediasiya@gmail.com
Tel: +994552556788

Oxşar xəbərlər