Şəki 1 saylı Mediasiya Təşkilatında "Açıq qapı" günü keçiriləcək


  • 14 Noyabr 2022 11:04

Şəki 1 saylı Mediasiya Təşkilatında "Açıq qapı" günü keçiriləcək.

Bu barədə e-huquq.az-a təşkilatın rəhbəri, mediasiya təlimçisi Dərya Yaşarlı məlumat verib.

Onun sözlərinə görə, 29 noyabr saat 15:00-da Şəki 1 saylı Mediasiya Təşkilatının ictimai təqdimatı, 30 noyabrda isə vətəndaşlar üçün "Açıq qapı" günü keçiriləcək: "İctimai təqdimatda şəhərimizin ictimaiyyətinə, vətəndaş cəmiyyətinə, yerli qurumlara fəaliyyətimiz barədə hesabat verəcəyik. "Açıq qapı" günündə isə təşkilata gələn hər kəsin mediasiya barədə suallarını cavablandırmağı planlaşdırırıq. Hər iki tədbir Mediasiya Şurası ilə razılaşdırılmış şəkildə həyata keçiriləcək. Bu proseslərdə Mediasiya Şurası çox yaxından iştirak edəcək, keçirəcəyimiz "Açıq qapı" günündə vətəndaşları birgə qəbul edəcəyik və ortaya çıxan bütün problemləri təhlil edib, daha güclü nəticələrə nail olmaq üçün səylərimizi səfərbər edəcəyik. Həmçinin Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilovun iştirakı ilə iclasımız olacaq və təşkilatın mediatorları ilə birgə geniş müzakirələr aparılacaq".

D.Yaşarlı deyib ki, təşkilat fəaliyyət göstərdiyi qısa zaman ərzində mühüm uğurlar əldə edib: "Bizim əsas məqsədimiz mediasiya sahəsində keyfiyyətli barışıq sazişlərinin sayının artırılması, şəffaflığın təmin edilməsi, vətəndaş məmnunluğunun artırılmasıdır. Çalışırıq ki, Mediasiya Şurasının bizim üzərimizə qoyduğu məsuliyyətli yükün öhdəsindən gələk, mediasiya islahatlarına töhfə verək və dövlətimizin bizə göstərdiyi etimadı doğruldaq".

Oxşar xəbərlər