İyulun 14-də Prezident İlham Əliyev Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edib.
E-huquq.az xəbər verir ki, dövlət başçısı müharibə əlillərinə “Khazar” markalı avtomobillərin açarlarını təqdim edib.
Prezident İlham Əliyev təqdim olunan avtomobillərə baxıb və onlardan birini idarə edib.



