Abşeronda yol qəzası nəticəsində piyada ölüb


  • 16 Noyabr 22:25

Abşeronda yol qəzası nəticəsində piyada həyatını itirib.

E-huquq.az xəbər verir ki, hadisə “Təzə yol” adlanan ərazidə qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan VAZ-2107 markalı avtomobil yolu keçən piyadanı vurub.

Zərbənin təsirindən ağır xəsarət alan piyada hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Mənbə: APA

Oxşar xəbərlər