Metronun yaxınlığında park edilmiş velosipedləri oğurlayan şəxslər saxlanılıblar - VİDEO


  • 27 İyun 2022 14:28

Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində metronun “28 May” stansiyasının yaxınlığında yerləşən parkinqdən silsilə velosiped oğurluqları edən şəxslər tutulublar.

Daxili İşlər Nazirliyindən e-huquq.az-a verilən məlumata görə, tədbir zamanı Sərxan Əhmədov və Şahverdi Zeynalov saxlanılaraq məsuliyyətə cəlb olunublar.

Onlar ifadələrində ayrı-ayrı vaxtlarda qeyd edilən ərazidən 5 nəfərin velosipedini oğurlayaraq satdıqlarını bildiriblər.

Hadisələrlə bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsində araşdırmalar aparılır. Saxlanılan şəxslərin digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir. Sərxan Əhmədov və Şahverdi Zeynalovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki səhifələrinə məlumat verə bilərlər.

Oxşar xəbərlər