- 13:37
Paytaxtın Sabunçu rayonunda yerləşən 90 nömrəli tam orta məktəbdə 2-ci sinif şagirdinin xəsarət alması faktı üzrə Sabunçu rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Bu barədə e-huquq.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisənin səbəbi və baş vermə şəraiti ətraflı araşdırılmaqla, nəticədən asılı olaraq müvafiq qərarın qəbul olunması təmin ediləcək.