Füzuli-Ağdam yolunda ağır yol qəzasında iki nəfər ölüb


  • 19 İyun 21:52

Füzuli-Ağdam yolunda minik avtomobili traktorla toqquşub, ölənlər var.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan e-huquq.az-a verilən məlumata görə, bu gün saat 18 radələrində Füzuli-Ağdam yolunda sürücü K.Mustafayev "VAZ" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirirək yol kənarında dayanan traktora dəyib. Nəticədə sürücü və sərnişini M.Musədirov hadisə yerində həyatını itiriblər.

Araşdırma aparılır.

Oxşar xəbərlər