Məhkəmə mediasiyası hansı mərhələdə təklif edilir?


  • 6 Avqust 2021 17:47

Məhkəmə prosesinin istənilən mərhələsində məhkəmə işin hallarını nəzərə alaraq öz təşəbbüsü ilə, yaxud tərəflərdən birinin müraciəti əsasında onlara mübahisənin mediasiya vasitəsilə həllini təklif edə bilər.

E-huquq.az-ın məlumatına görə, tərəflər arasında “Mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlanarsa, məhkəmə icraatı barışıq sazişi və mediasiya prosesinin nəticələri barədə protokol təqdim edilənədək dayandırılır.

Mediasiya prosesində iştirak edən, lakin müsbət nəticə əldə etməyən tərəflər və ya onlardan biri mediasiya prosesinin nəticələri barədə protokolu təqdim etməklə növbəti dəfə məhkəməyə müraciət etdikdə dayandırılmış icraat təzələnir və işə məhkəmə tərəfindən baxılır.

Tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə barışıq sazişi məhkəməyə təqdim olunur. Məhkəmə təqdim edilmiş barışıq sazişini təsdiq etdikdə həmin iş üzrə icraata xitam verir.

Oxşar xəbərlər