Mediasiya Şurasında İşçi qrupu yaradıldı - SİYAHI


  • 24 Sentyabr 2021 16:45

Azərbaycan Respublikası Mediasiya Şurasının İşçi qrupu yaradılıb.

E-huquq.az-ın məlumatına görə, 6 nəfərdən ibarət qrupun tərkibinə aşağıdakı şəxslər daxildir:

1. Sima Yaqubova - İşçi qrupun rəhbəri. İşlərin qanunvericiliyə uyğun olaraq bölüşdürülməsi, eyni zamanda ədalətli və şəffaf prosedurların təmin edilməsinə birbaşa məsul şəxs

2. Qasım Şalıyev - İşçi qrupun üzvü. Qanunvericiliyin düzgün tətbiq edilməsi üzrə metodiki göstərişlərin izahı üzrə məsul şəxs

3. Natiq Məmmədov - Qanunvericiliyin düzgün tətbiq edilməsi üzrə metodiki göstərişlərin izahı üzrə məsul şəxs

4. Yusif Həsənov - Naxçıvan Muxtar Respublikasını Mediatorlarının İşçi qrupda nümayəndəsi, Naxçıvan Muxtar Respublikası üzrə əlaqələndirməni həyata keçirən koordinator

5. Əli Adıgözəlov - İşçi qrupun üzvü. Qanunvericiliyin düzgün tətbiq edilməsi üzrə metodiki göstərişlərin izahı üzrə məsul şəxs

6. Bəylər Məmişov - İşçi qrupun üzvü, Mövcud qaydalar üzrə İntizam məsuliyyətinə səbəb olan faktların toplanması və İşçi qrupuna təqdim ediıməsi üzrə məsul şəxs.

Oxşar xəbərlər