"Mediasiya institutu cəmiyyətin etimadını qazanacaq"


  • 5 Oktyabr 2021 16:32

"İnanıram ki, Azərbaycanda mediasiya institutu özünü təsdiq edəcək və cəmiyyətin inamını qazanacaq".

Bunu e-huquq.az-a müsahibəsində Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, millət vəkili Zahid Oruc deyib.

"Ölkəmizdə mübahisələrin alternativ həlli yolu kimi mediasiya institutu yaranıb. Azərbaycanın tarixi keçmişi bu cür hüquqi yanaşmaları məqbul edir. Bu çox önəmli bir məsələdir. Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov ictimai-siyasi idarəetmə sferasında təcrübəsi ilə tanınan bir insandır. Onun fəaliyyətinə şəxsən bələdəm. Ona görə də inanıram ki, güclü ictimai məlumatlandırma getdikcə, daha çox insan bu qurum vasitəsilə hüququnun qorunduğunu gördükcə mediasiya institutu cəmiyyətdə öz mövqeyini möhkəmləndirəcək. Bu qurum insanların etimadını qazanacaq", - deyə millət vəkili qeyd edib.

Oxşar xəbərlər