Baş nazir mediasiya prosesi ilə bağlı qərar imzaladı


  • 27 Oktyabr 2021 21:34

Nazirlər Kabineti 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edib.

E-huquq.az xəbər verir ki, müvafiq dəyişiklik barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Dəyişikliyə əsasən, “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nın 11-ci hissəsində aşağıdakı dəyişikliklər edilib:

"Uşağın böyüməsinə, inkişafına və digər maraqlarına toxunan barışıq sazişi mediator tərəfindən yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarına təqdim edilməlidir".

Qeyd edək ki, 11-ci hissə "Mediasiya prosesinin yekunlaşdırılması" adlanır və aşagıdakı bəndləri özündə ehtiva edir:

Əgər tərəflər mediasiya nəticəsində barışıq əldə edirlərsə, mediator tərəflərin xahişi ilə barışıq sazişinin hazırlanmasına kömək edə bilər. Mediator tərəflərin qarşılıqlı razılığı ilə barışıq sazişinin şərtlərini müəyyən edir və tərəflərə bildirir;

Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanılır;

Barışıq sazişi tərəflər və mediator tərəfindən imzalanır;

Barışıq sazişi təmsilçi vasitəsilə bağlanıla bilər. Təmsilçiyə verilən etibarnamədə onun bu səlahiyyətləri xüsusi olaraq göstərilməlidir.

İkinci dəyişikliyə görə, barışıq sazişi "qüvvədə olan qanunvericiliyə" deyil, qanuna zidd olmamalıdır.

Oxşar xəbərlər