“Azərbaycanda mediasiya islahatları” adlı seminar keçirildi - FOTO


  • 16 Dekabr 2022 15:31

Mediasiya Şurası və Əmək və Sosial Münasibətlər Akademiyasının birgə təşkilatçılığı ilə maarifləndirici seminar keçirilib.

E-huquq.az xəbər verir ki, 15 dekabr 2022-ci il tarixində Mediasiya Şurası tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasının tələbələri üçün "Azərbaycanda mediasiya islahatları” mövzusunda universitetin fakültə tələbələri ilə görüş keçirilib.

Görüşdə Əmək və Sosial Münasibətlər Akademiyasının Tədris və elmi işlər üzrə prorektoru Fərhad Möhbalıyev, Bakı 18 saylı mediasiya təşkilatının rəhbəri, mediator – təlimçi Sadiq Bağırov, Mediasiya Şurası Əmək mübahisələri üzrə Komitənin sədri, mediator Elvin Məhərrəmov və tələbələr iştirak edib.

Təlimçi - mediator Sadiq Bağırov Azərbaycanda mediasiya anlayışı və onun inkişaf iqtiqamətləri, əmək mübahisələri üzrə mediasiyasının üstünlükləri mövzusu üzrə təqdimatla çıxış edib.

Mediator Elvin Məhərrəmov isə mediatorların 1 illik fəaliyyəti və ölkəmizdə aparılan mediasiya islahatları barədə geniş məlumat verib.

Sonda mediator – təlimçilər tərəfindən tələbələrin sualları cavablandırılıb və xatirə şəkli çəkilib.

Oxşar xəbərlər