- 26 Aprel 21:32
Bu gün Mediasiya Şurası İntizam Komissiyasının yeni tərkibli ilk iclası keçirilib.
E-huquq.az xəbər verir ki, Mediasiya Şurası İntizam Komissiyasının sədri Mayıl Əhmədin rəhbərliyi ilə keçirilən iclasda Komissiyasının üzvləri - Gülşən Salmanova, Tünzalə Hacıyeva və Komissiyaya yeni üzv olmuş mediatorlar - Oğul Kərimov və Rəfael Cabbarov iştirak ediblər.
İclasda barələrində intizam icraatı başladılmış mediatorların iştirakı ilə müzakirələr aparılıb, onların izahatları dinlənilib. Sonda komissiya tərəfindən qəbul edilən rəylər İdarə Heyətinə təqdim edilib.