Mediatorlar üçün "Emosional intellekt və ünsiyyət " mövzusunda təlim keçirildi - FOTO


  • 14 Yanvar 2023 22:23

Mediasiya Şurası və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə mediasiya sahəsində vətəndaş məmnunluğunun təmin edilməsi, mediatorların maarifləndirilməsi, peşəkar keyfiyyətlərinin artırılması məqsədilə mütəmadi olaraq silsilə tədbirlər görülüb, görüşlər keçirilməkdədir.

E-huquq.az xəbər verir ki, bu tədbirlər çərçivəsində 14 yanvar 2023-cü il tarixində biznes kouç, təlimçi Elçin Əzimli tərəfindən "Emosional İntellekt və Ünsiyyət " mövzusunda daha bir təlim keçirilib. Ədliyyə Akademiyasının binasında baş tutan təlimdə mediasiya təşkilatı rəhbərləri və mediatorlar iştirak ediblər.

İQ və EQ, emosiyaların idarə edilməsi, düzgün ünsiyyət qurma bacarıqları və s. bu kimi aktual məsələlərə toxunan Elçin Əzimli, həmçinin 22 illik təcrübəsi boyu bu sahədə qazandığı praktiki vərdişlərdən söz açıb.

Diskussiyalarla davam edən təlimin sonunda xatirə şəkillər çəkilib.

Oxşar xəbərlər