- 26 Aprel 21:32
Fevralın 24-də Bakı 3 saylı Mediasiya Təşkilatında “Açıq qapı” günü keçiriləcək.
Bu barədə e-huquq.az-a təşkilatın direktoru Paşa Səfərov məlumat verib.
Onun sözlərinə görə, aksiya saat 10:00-dan 13:00-dək davam edəcək.
"Maraqlı şəxslər təşkilata gəlməklə mediasiya institutu, mediasiya prosesi və mediasiya sessiyalarının təşkili qaydaları, o cümlədən mediasiya sahəsində maraqlı olan suallar barəsində ətraflı məlumat ala biləcəklər. “Açıq qapı” gününün təşkili insanlar arasında mediasiya institutunun təbliği və məlumatlandırma xarakteri daşıyır", - deyə P.Səfərov qeyd edib.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 78, korpus B, otaq 110;