Kommersiya mübahisələri üzrə barışıq sazişləri hansı məhkəmələrdə təsdiqlənir? - AÇIQLAMA


  • 8 Fevral 2023 12:22

"Məlum olduğu kimi, tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə barışıq sazişi məhkəməyə təqdim olunur. Məhkəmə təqdim edilmiş barışıq sazişini təsdiq etdikdə həmin iş üzrə icraata xitam verilir".

Bunu e-huquq.az-a açıqlamasında Media Şurası Etika Komitəsinin sədri, Bakı 2 saylı Mediasiya Təşkilatının rəhbəri İlhamə Həsənova deyib.

O, kommersiya mübahisələri üzrə mediasiya prosesində bağlanmış barışıq sazişinin xüsusi icraat qaydasında təsdiqinin hansı məhkəmələrdə həyata keçirildiyinə aydınlıq gətirib. İ.Həsənova deyib ki, adətən barışıq sazişlərinin təsdiqi birinci instansiya məhkəməsi kimi rayon (şəhər) məhkəmələrində həyata keçirilirdi, lakin artıq bununla bağlı təcrübə dəyişib.

"Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının formalaşdırdığı məhkəmə təcrübəsinə və hüquqi mövqeyə əsasən, kommersiya subyektləri arasında kommersiya mübahisəsi ilə bağlı mediasiya prosesində bağlanmış barışıq sazişlərinin təsdiq edilməsi barədə xüsusi icraat qaydasında verilmiş ərizələrə kommersiya məhkəmələrində baxılmalıdır", - deyə Mediasiya Təşkilatının rəhbəri qeyd edib.

Oxşar xəbərlər