Mediasiyada barışıq sazişi nə zaman imzalanır? - VİDEO


  • 20 Fevral 2023 16:43

Mediasiyaya müraciət edən vətəndaşları maraqlandıran əsas məsələlərdən biri də barışıq sazişi və onun icrası ilə bağlıdır. Belə ki, barışıq sazişinin hansı hallarda imzalandığı, bu sazişin icrasının necə həyata keçirildiyi barədə tez-tez soruşurlar.

E-huquq.az xəbər verir ki, Bakı 2 saylı Mediasiya Təşkilatının mediatorları Türkər Əliyeva və Samir Abdullayev barışıq sazişi barədə vətəndaşları maraqlandıran məsələlərə aydınlıq gətirib

Bildirilib ki, barışıq sazişi tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər qeyd olunur.

Qeyd olunub ki, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.

Daha ətraflı aşağıdakı videoda:

Eltac Nurullazadə

Oxşar xəbərlər