Moskva Bakı və İrəvanla "3+3" formatında sıx əməkdaşlığı hədəfləyir - Zaxarova


  • 23 May 19:12

Rusiya Azərbaycan və İranla "3+3" formatında sıx əməkdaşlığı hədəfləyir.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bugünkü brifinqdə deyib.

"Bakı və Tehranla, o cümlədən "Rusiya-Azərbaycan-İran" dialoq formatı, elləcə də "3+3" məsləhətçi regional platforması çərçivəsində sıx əməkdaşlığı davam etdirməyə sadiqik", - Rusiya XİN nümayəndəsi deyib.

Onun sözlərinə görə, Rusiya Cənubi Qafqaz ölkələri ilə qonşuları arasında regional layihələrin inkişafı üzrə potensial görür.

"Bu məntiq, xüsusən də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin genişləndirilməsi üzrə fəaliyyətimizdə də öz əksini tapıb", - deyə o əlavə edib.

Oxşar xəbərlər