Bakıda bir sıra yollarda sürət həddi endirildi, portallarda “sürüşkən yol” işarəsi aktivləşdirildi


  • 14:02

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərı müraciət edib.

Mərkəzdən e-huquq.az-a verilən xəbərə görə, hava şəraiti ilə əlaqədar bir sıra yollarda sürət həddi endirildi, portallarda “sürüşkən yol” işarəsi aktivləşdirildi.

"Hazırda Bakının bir sıra ərazilərində müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 40 km/saat, Heydər Əliyev prospekti-Mərdəkan körpüsünə qədər olan yolda isə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda “sürüşkən yol ” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir" - deyə məlumatda qeyd olunub.

Oxşar xəbərlər