- 19:23
Türkiyənin 21 vilayətində qanunsuz vergi geri ödəmələri ilə bağlı əməliyyat keçirilib.
E-huquq.az xəbər verir ki, 155 şirkətin saxta sənədlər hazırlayaraq ədalətsiz vergi geri ödəmələri aldığı müəyyən edilib.
Keçirilən əməliyyatla 52 nəfər saxlanılıb, onlardan 31-i haqqında həbs qətimkan tədbiri seçilib. Qanunsuz əldə edilən vergi ödəmələrinin ümumi həcminin 31 milyard 300 milyon 142 min 753 lirə (təxminən 1 milyard 3 milyon manat) olduğu üzə çıxarılıb.
Araşdrımaların davam etdiyi bildirilib.