Tovuzda yanıq xəsarəti alan qadın öldü, oğlu saxlanıldı - YENİLƏNDİ


  • 10:10

Tovuzda qadın evdə aldığı yanıq xəsarətlərindən ölüb, oğlu saxlanılıb.

E-huquq.az xəbər verir ki, ilkin məlumata görə, Tovuz rayonu Qovlar şəhərində 22 yaşlı Elyar Hüseynli yaşadıqları evdə anası, 45 yaşlı Nüşabə Hüseynovanın üzərinə benzin tökərək yandırıb.

Xəstəxanaya yerləşdirilən qadın orada ölüb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində E. Hüseynli saxlanılıb.

Fakt araşdırılır.

***

09:32

Tovuzda yanğın hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, hadisə Tovuzun Qovlar şəhərində qeydə alınıb. Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib.

Yanğın qısa müddət ərzində söndürülüb. Yanğın nəticəsində evdə olan 1981-ci il təvəllüdlü N.Hüseynova ağır yanıq xəsarətləri alıb.

Qadın FHN əməkdaşları tərəfindən evdən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. 45 yaşlı qadın xəstəxanaya yerləşdirilib və həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər