Tramp bəzi cinayətkarlar üçün ölüm hökmünün tətbiqinə nail olacağını vəd edib


  • 11:00

ABŞ Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının Konqresdə aralıq seçkilərində qalib gələcəyi təqdirdə ölkədə iri narkotik alverçiləri üçün ölüm hökmünün tətbiq ediləcəyini vəd edib.

E-huquq.az xəbər verir ki, Tramp bu barədə Alabama ştatında tərəfdarları qarşısında çıxış edərkən danışıb.

“İri narkotik alverçiləri, insan alverçiləri və polis əməkdaşını öldürən hər kəs üçün ölüm cəzası tətbiq edəcəyik”, - Tramp deyib.

Oxşar xəbərlər