- 17:29
Türkiyənin Osmaniye vilayətinin Sumbas rayonunda 5,2 bal gücündə zəlzələ baş verib.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Halların İdarə Olunması Baş İdarəsi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar Adana vilayətindəki zəlzələlərdən sonra, yerli vaxtla saat 14:43-də qeydə alınıb. Zəlzələ ocağının yerin 7 kilometr dərinliyində yerləşdiyi bildirilir.