Tramp Cənubi Koreyanı hədələdi


  • 20:33

ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyanın Alyaskada mayeləşdirilmiş təbii qaz (LNG) istehsalı layihəsində iştirakı ilə bağlı əldə olunan razılaşmaların miqyasını şişirtmədiyini bildirib.

E-huquq.az xəbər verir ki, Tramp Seulun layihəyə təxminən 54 milyard dollar sərmayə yatıracağı ilə bağlı əvvəlki açıqlamasını müdafiə edib.

“Mən açıqlama verməyə tələsməmişəm. Onlar orada idilər, nümayəndələri də iştirak edirdi. Baxarıq, əgər bunu etmək istəmirlərsə, mənim üçün problem deyil. Sadəcə, onlardan daha çox alacağam. Onlara deyin ki, yaxın vaxtlarda razılaşmanı imzalamasalar, məbləği ikiqat artırmalı olacağam”, – Tramp deyib.

Bundan əvvəl Cənubi Koreyanın ticarət və sənaye naziri Kim Çon Qvan ABŞ-nin Seulun Alyaskadakı LNG layihəsində iştirakı ilə bağlı indiyədək əldə edilmiş razılaşmaların miqyasını şişirtdiyini bildirib.

Nazir layihənin kommersiya baxımından məqsədəuyğunluğu ilə bağlı hazırda müəyyən şübhələrin olduğunu qeyd edib.

Kim Çon Qvan əlavə edib ki, gəmiqayırma sektoru istisna olmaqla, Cənubi Koreyanın müxtəlif layihələrə ümumi investisiyası 200 milyard dolları keçməyəcək. Bununla yanaşı, illik investisiyaların həcmi 20 milyard dollardan çox olmayacaq.

Ötən il Vaşinqton və Seul ABŞ-nin gömrük rüsumlarının 15 faizə endirilməsi müqabilində ABŞ iqtisadiyyatına irihəcmli investisiyaların yatırılması barədə razılığa gəliblər.

Razılaşmaya əsasən, Cənubi Koreya ABŞ-nin gəmiqayırma sənayesinə 150 milyard dollar, digər sahələrdəki layihələrə isə əlavə 200 milyard dollar sərmayə yatıracağını vəd edib

Oxşar xəbərlər