Azərbaycanda daha 35 nəfər koronavirusa yoluxdu


  • 26 Sentyabr 2022 16:32

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 35 yeni yoluxma faktı qeydə alınıb, 76 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan e-huquq.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 820 858 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 809 673 nəfər müalicə olunaraq sağalıb, 9903 nəfər vəfat edib, aktiv xəstə sayı 1282 nəfərdir.

Ölkədə son sutka ərzində 1973, hazırkı dövrədək isə 7 238 737 test aparılıb.

Oxşar xəbərlər