Məzmuna keç

Bakıda daha iki marşrutda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək

Sabahdan 208 və 209 nömrəli marşrut xətti (Bakıxanov d/st. – Suraxanı qəs.) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bu barədə e-huquq.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

"Sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə marşrutun hərəkət sxemi üzrə aşağıda qeyd olunan ünvanlarındakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS-terminallar quraşdırılıb", – məlumatda qeyd edilib.