Məzmuna keç

Şəhd adlarının əbədiləşdirilməsi proseduru necədir?

Şəhid adlarının küçələrə, meydanlara, müəssisələrə, təşkilatlara, idarələrə, məktəblərə, mədəni-maarif ocaqlarına verilməsi üçün yerli rayon icra hakimiyyətinə müraciət edilməlidir.

Rayon icra hakimiyyəti də Nazirlər Kabineti qarşısında vəsatət qaldırmalıdır. Belə ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Nazirlər Kabinetinin

15 yanvar 1994-cü il, tarixli № 10 qərarına əsasən Şəhid adını əbədiləşdirmə məqsədilə yerli rayon (şəhər) icra hakimiyyəti orqanları aşağıdakı tədbirləri həyata keçirirlər:

iki dəfə Azərbaycanın Milli Qəhrəmanı olan şəhidlərin büstlərini qoyurlar:

Azərbaycanın Milli Qəhrəmanı olan, habelə vətən uğrunda döyüşlərə görə azı iki ordenlə təltif olunan şəhid adlarını küçələrə, meydanlara verirlər, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırırlar.

"Şəhid" Memorial kompleksini yaradırlar:
Vətən uğrunda göstərilən qəhrəmanlıqla bağlı döyüş yerlərinin, habelə dəfn yerlərinin qorunması və abadlaşdırılması, qəbirüstü daşların, xatirə abidələrinin qorunmasını təşkil edirlər;

Döyüş əməliyyatları getmiş yerlərdə xatirə nişanları qoyurlar.

Qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirləri həyata keçirirlər (maddə 3).

Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında 3 sentyabr 1993-cü il tarixli, № 697 qanununa əsasən
Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir (maddə 1).

Bu Qanunun 1-ci maddəsində göstərilən əlamətlər üzrə həlak olmuş şəxslərin xatirəsini əbədiləşdirmək məqsədilə aşağıdakı tədbirlər həyata keçirilir:
qəbirüstü abidələrin, xatirə komplekslərinin yaradılması;
şəhid adlarının küçələrə, meydanlara, müəssisələrə, təşkilatlara, idarələrə, məktəblərə, mədəni-maarif ocaqlarına verilməsi (maddə 3).

Allah şəhidlərimizi rəhmət eləsin. Vətən sağ olsun.

Rahim Abıyev

Hüquqşünas