Məzmuna keç

“Davam” Gənclər Hərəkatının kollektivi “AZGRANATA”da olub –

İyunun 19-da “Davam” Gənclər Hərəkatının kollektivi "AZGRANATA" MMC-də qonaq olub.

E-huquq.az xəbər verir ki, qonaqlar əvvəlcə zavoda məxsus üzüm bağlarında olub. Onlara burada yetişdirilən yerli və xarici üzüm sortları ilə bağlı məlumat verilib.

Daha sonra qonaqlar şirə və şərab emalı zavodu ilə tanış olublar.

Qeyd edək ki, “Davam”ın əsas məqsədi ictimai-siyasi proseslərdə aktiv rol almaq, gənclər və idman siyasətinə yeni və fərqli layihələrlə töhfə vermək, şəbəkələşərək böyümək və ətrafına daha çox gənc toplamaqla ölkəmizdə aparılan islahatlar prosesinə fayda verməkdir.