Məzmuna keç

Əli Əsədov BƏƏ-nin iqtisadiyyat naziri ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 22-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marri ilə görüşüb.

Bu barədə e-huquq.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə Azərbaycan-BƏƏ iqtisadi-ticari əlaqələrinin genişləndirilməsi perspektivləri müzakirə olunub.