26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə daun və autizm sindromlu uşaqlar üçün stolüstü tennis yarışı keçirilib.
E-huquq.az xəbər verir ki, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündən başlayaraq daun və autizm sindromlu uşaqlar üçün tədbirlər həyata keçirilir. Xeyriyyə xarakterli tədbirlərin keçirilməsi ilə yanaşı, viktorinalı və müxtəlif idman yarışlarının keçirilməsi uşaqların əylənməsinə və xoş anlar yaşamasına xidmət edir.
Bu tədbirlərin həyata keçirilməsində ölkənin bir çox qabaqcıl şirkətləri kimi "AZGRANATA" MMC də xüsusi rol oynayır. Belə ki, şirkətə məxsus “Vita1000” brendi xeyriyyə tədbirlərində sponsorlar arasında yer alır.
Qeyd edək ki, BrendSport.az saytının təşkilatçılığı ilə baş tutan tədbir daun və autizm sindromlu uşaqların ailələrinə maddi və mənəvi dəstək məqsədi daşıyır.
