Milli Məclisin deputatı Ramil Həsən Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı ilə görüşüb.
E-huquq.az xəbər verir ki, bu barədə Ramil Həsən özünün “Facebook” hesabından məlumat paylaşıb.
Deputat qeyd edib ki, görüşdə iki ölkə arasındakı münasibətlər barədə fikir mübadiləsi aparılıb:
“Bu gün qardaş Türkiyə Cümhuriyyətinin dəyərli səfiri Cahit Bağçı Milli Məclisdə ziyartimizə gəldi. İki qardaş dövlətin öndərləri – cənab prezidentimiz İlham Əliyevin və cənab prezident Rəcəb Tayyib Ərdoğanın liderliyində həyata keçirilən uğurlu müttəfiqlik münasibətləri, bu istiqamətdə millət vəkilləri olaraq atmış olduğumuz addımlar barədə fikir mübadiləsi apardıq”.
