Fransada qaçqın düşərgəsində yanğın oldu


  • 25 Yanvar 2023 13:11

Fransada qaçqın düşərgəsində yanğın baş verib.

E-huquq.az Fransanın BFMTV telekanalına istinadən xəbər verir ki, Fresnes əyalətində baş verən yanğın səbəbilə 150 nəfər qeyri-qanuni miqrant təxliyə edilib.

Əraziyə gələn 100-ə yaxın xilasedicinin müdaxiləsi ilə yanğın nəzarət altına alınıb.

Yanğınla bağlı araşdırmalara başlanılıb.

Eltac Nurullazadə

Oxşar xəbərlər