- 2 Oktyabr 22:11
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunları Sistan və Bəlucistan vilayətinin Rask rayonunun qərbində dağlıq ərazidə gizlənən terror qruplaşmasına qarşı əməliyyat keçirib.
E-huquq.az xəbər verir ki, SEPAH Quru Qoşunlarının məlumatına görə, sözügedən terror qrupu müəyyənləşdirilib və qəfil əməliyyat nəticəsində zərərsizləşdirilib.
Əməliyyat nəticəsində 2 nəfər öldürülüb, daha bir neçə nəfərin isə təqib edildiyi bildirilib.
Qruplaşmanın vilayətdə bir sıra terror aktlarında, o cümlədən yerli SEPAH əməkdaşlarından birinin öldürülməsində iştirak etdiyi bildirilir.
Sözügedən qruplaşma yaxın günlərdə vilayətdə təhlükəsizliyin təmin olunması ilə məşğul olan qüvvələrə hücum planlaşdırıb.