Naxçıvanda avtomobil piyadanı vurub öldürdü


  • 22:49

Naxçıvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

E-huquq.az xəbər verir ki, hadisə şəhərin Nizami küçəsində baş verib.

Belə ki, "Hyundai" markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1957-ci il təvəllüdlü Nağıyev Nağı Mahmud oğlunu vurub.

Xəsarət alan şəxs Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər