- 21 Mart 20:38
Türkiyənin Malatya şəhərində 4,3 bal gücündə zəlzələ baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələ yerli vaxtla saat 12.54-də Malatyanın Yeşilyurt rayonunda qeydə alınıb. Zəlzələnin 14,27 km dərinlikdə baş verildiyi bildirilir.
Zəlzələ nəticəsində dağıntı və tələfat qeydə alınmayıb.
Zərif Sofiyeva