Şabrandakı yanğın qaz təsərrüfatına da zərər vurdu - FOTO


  • 17 Avqust 2022 21:39

"Avqustun 15-də Şabran rayonunda yanğın səbəbindən fövqəladə vəziyyət elan olunduğu və Yanğın təhlükəsizliyi baxımından Xaçmaz Regional qaz istismarı İdarəsinin Şabran xidmət sahəsi ərazisində "Taxtalar" QPS-dən qidalanan Zeyvə , Kirvar kəndləri istiqamətində çəkilmiş 9 kəndi qidalandıran daşıyıcı qaz xəttində müvəqqəti olaraq qaz təchizatı dayandırıldığı haqqında tərəfimizdən məlumat verilib".

Bu barədə e-huquq.az-a "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.

Qeyd olunub ki, yanğın hələ də davam etdiyi üçün Dağ Bilici, Mumlu, Zöhramlı, Pirəbədil, Sumağa, Qazmalar, Qorağan , Zeyvə və Kirvar kəndlərinin qaz təchizatı bərpa olunmayıb.

"Qaz təsərüfatına dəymiş ziyanla bağlı 4 ədəd sonradan ödənişli (mexaniki tipli) qaz sayğacı yanaraq istismardan çıxıb. Yanan sayğaclardan 3 ədədi yenisi ilə əvəz olunub, 1 ədədi isə fərdi yaşayış evinin tamami ilə yanması səbəbindən əvəz edilməyib", - deyə məlumatda vurğulanıb.

Oxşar xəbərlər