Hansı hallarda mediatora etiraz edilə bilər?


  • 22 Sentyabr 2021 14:28

Məlum olduğu kimi, iyulun 1-dən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Bununla da artıq vətəndaşlar kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında məcburi şəkildə iştirak etməlidirlər. Mediasiya prosesi tərəflərin cəlb etdiyi və ya mediasiya təşkilatı tərəfindən təyin olunmuş mediatorlar tərəfindən həyata keçirilir. Bəs hansı hallarda tərəflər mediatora etiraz edə bilər?

E-huquq.az-ın məlumatına görə, mediasiya zamanı tərəflər qarşılıqlı razılıq əsasında mediatoru başqa mediator ilə əvəz etmək hüququna malikdirlər.

Mediator bu Qanunla müəyyən olunan mediasiya prinsipləri əsasında mediasiyanı həyata keçirə bilmədikdə dərhal özü-özünə etiraz etməlidir.

Mediator mediasiyanın davam etdirilməsinin mübahisənin həllinə gətirməyəcəyi qənaətinə gələrsə, mediasiyanı aparmaqdan imtina edə və ya tərəflərin yazılı razılığı ilə mediasiyanın prosesinə xitam verə bilər.

Oxşar xəbərlər