Mediasiya Şurasının Daxili Audit Komitəsinə yeni sədr təyin edildi


  • 8 Dekabr 2022 14:50

Mediasiya Şurasının İdarə Heyətinin qərarı ilə Şuranın Daxili Audit Komitəsinə yeni sədr təyin edilib və üzvlərin tərkibi təsdiqlənib.

E-huquq.az xəbər verir ki, Şuranın İntizam Komissiyasının yeni sədri Mayıl Əhməd Daxili Audit Komitəsindəki vəzifəsindən öz ərizəsi əsasında azad edilərək, fəaliyyətini Şuranın İntizam Komissiyasının sədri kimi davam etdirməsini nəzərə alaraq, Daxili Audit Komitəsinin formalaşmasına yenidən baxılıb.

Daxili Audit Komitəsinin sədri vəzifəsinə mediator İlham Mehtiyev təyin edilib.

Mediasiya Şurasının Daxili Audit Komitəsinin tərkibi aşağıdakı mediatorlardan ibarətdir:

İlham Mehtiyev – Daxili Audit Komitəsinin sədri,

Mayıl Əhməd – Daxili Audit Komitəsində İntizam Komissiyasını təmsil edən üzv,

Anar İsayev – Daxili Audit Komitəsinin üzvü,

Oxşar xəbərlər