Azərbaycanda hakim koronavirusdan vəfat etdi


  • 26 İyun 2020 16:22

Bakı Apelyasiya Məhkəməsinin hakimi Namiq Məmmədov koronavirusdan dünyasını dəyişib.

E-huquq.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Fazil Mustafa məlumat yayıb.

Onun sözlərinə görə, 55 yaşlı hakim bu gün müalicə aldığı Astara Mərkəzi Xəstəxanasında koronavirusdan vəfat edib.

Xatırladaq ki, Namiq Eyyub oğlu Məmmədov 1965-ci ildə dünyaya gəlib. 1991-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. 1995-2000-ci illərdə Vəkillər Kollegiyasının üzvü, vəkil kimi fəaliyyət göstərib. 2000-2007-ci illərdə Ağdam Rayon Məhkəməsinin, 2007 - 2013-də Şəki Apelyasiya Məhkəməsinin, 2013-2017-ci illərdə Şirvan Apelyasiya Məhkəməsinin hakimi olub.

2017-ci ildən isə Bakı Apelyasiya Məhkəməsinin hakimi işləyirdi.

Allah rəhmət eləsin!

Oxşar xəbərlər