- 18:09
Bakıda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Əli Zülfüqarlının cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Hakim Aslan Kalbalıyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası oktyabrın 2-nə təyin olunub.
Qeyd edək ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində baş verib. Belə ki, "Chevrolet" markalı avtomobil "Lifan" və "Ford" markalı avtomobillərlə toqquşub. Zərbənin təsirindən içərisində 2 sərnişinin olduğu "Lifan" markalı avtomobil alışaraq yanıb. Qəzanı törətməkdə təqsirli bilinən sürücü Əli Zülfüqarlıya qarşı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə