- 9 Oktyabr 18:17
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Eldəniz Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
Hakim Zamiq Bağırovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Belə ki, Eldəniz Həsənov etibarnamə əsasında idarə etdiyi "Ford Transit minik" markalı avtomobillə həyətdə arxaya hərəkətdə olan zaman piyada 1959-cu il təvəllüdlü Məryəm Rzayevanı ehtiyatsızlıqdan vurub. Yaralı müxtəlif bədən xəsarətləri alaraq hadisə yerində ölüb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə