Keçmiş arvadını öldürməkdə təqsirləndirilən şəxsə 18 il cəza verildi


  • 18 Sentyabr 12:07

Bakıda keçmiş həyat yoldaşının qətlində təqsirləndirilən Rövşən Quliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, Rövşən Quliyev 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin fevralında paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Belə ki, 1985-ci il təvəllüdlü Rövşən Quliyev Nərimanov rayonu S.Ələsgərov küçəsi ərazisində aralarında yaranmış mübahisə zamanı keçmiş həyat yoldaşı Sevinc İbrahimovanı öldürüb.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Oxşar xəbərlər