İsrailin COP29 üzrə milli koordinatoru Azərbaycana səfər edib - FOTO


  • 10 Aprel 21:13

İsrailin COP29 üzrə milli koordinatoru Karmela Şamir Azərbaycana səfər edib.

E-huquq.az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

“İsrailin COP29-da iştirakı üzrə milli koordinatoru Karmela Şamirin Bakıya səfərini başa çatdırmaqdan şadam! Enerjili görüşlər, uğurlu və yaddaqalan hadisə üçün zəmin hazırlığı. Biz İsrailin COP29-da yaxından iştirakını gözləyirik!”, - səfir qeyd edib.

Oxşar xəbərlər