Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı


  • 12 Avqust 2022 16:32

Azərbaycanda koronavirusa 520 yeni yoluxma qeydə alınıb, 518 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə e-huquq.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, sutka ərzində koronavirusdan ölən olmayıb.

Ölkədə indiyədək ümumilikdə 804 165 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 791 203 nəfər müalicə olunaraq sağalıb, 9 768 nəfər vəfat edib, aktiv xəstə sayı 3 194 nəfərdir.

Ölkədə son sutka ərzində 3 446, hazırkı dövrədək isə 7 088 294 test aparılıb.

Oxşar xəbərlər