"Qarabağın ən geci bir il ərzində tamamən yeni bir çöhrəyə qovuşmuş olacağına inanıram” - Ərdoğan


  • 21 İyun 2021 21:35

“Quru yolu ilə Şuşaya gedərkən işğal və müharibə dönəminin dağıntılarını, ağrılarını, nəticələrini şəxsən görmək imkanı əldə etdik”.

E-huquq.az-ın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kabinet iclasından sonra xalqa müraciətində deyib.

O, ən geci bir il ərzində işğaldan azad edilmiş bölgələrin yeni çöhrəyə qovuşacağına inandığını, bunun üçün Prezident İlham Əliyevdə lazım olan qərarlılığı və inancı gördüyünü vurğulayıb.

“Brüsseldən bir yerdə gəldiyimiz və birbaşa Azərbaycana səfər etmiş heyət üzvlərimizlə birlikdə quru yolu ilə Şuşaya gedərkən işğal və müharibə dönəminin dağıntılarını, ağrılarını, nəticələrini şəxsən görmək imkanı əldə etdik. Təxminən 30 il davam edən işğal dönəmində Qarabağ və qəsb edilən Azərbaycan torpaqlarında tək mismar vurulmaması ilə yanaşı, var olan mirasın da qəddarlıqla dağıdıldığını gördük. Hər tərəfin necə dağıdıldığını, necə yandırıldığını gördük. Minsk üçlüsünün xüsusilə buraları təkrar-təkrar görməsi lazımdır. Gəlin görün! Kim haranı 30 ildə nə hala gətirib bunu görün! İnfrastrukturun ya heç olmadığı, ya da tamamilə dağıldığı, tarixi və mədəni əsərlərin, evlərin, hətta ağacların yandırılıb dağıdıldığı bu gözəl coğrafiyanı yenidən ayağa qaldırma çalışmalarına da şəxsən şahid olduq. Çoxu Türkiyə mənşəli firmaların beş-altı ay kimi qısa bir müddətdə bizim Qara dəniz bölgəmizə bənzəyən çətin bir coğrafiyada bacardıqları önəmli işləri gördükdə ölkəmiz adına qürur duyduq. Yolların açılmağa, tunellərin tikilməyə başlandığı şəhər və istehsal müəssisələrinin yenidən inşa edildiyi bu bölgənin ən geci bir il ərzində tamamən yeni bir çöhrəyə qovuşmuş olacağına inanıram və cənab İlham Əliyev də bu qərarlılığı gördüm, bu inancı gördüm və bununla birlikdə də bu bölgənin bir il içərisində ayağa qalxacağına da şahid olacağıq”, - deyə Türkiyə Prezidenti R.T. Ərdoğan bildirib.

Oxşar xəbərlər